Avroparlamentari Mixail Saakaşvilinin videoyazılarının yayılması barədə SƏRT DANIŞDI
18.01.2022 18:10
677
Siyasət
A
Avroparlamentari Mixail Saakaşvilinin videoyazılarının yayılması barədə SƏRT DANIŞDI

"Mixail Saakaşvili ilə əlaqədar cari hadisələr diqqətlə izlənilir.

Aktual.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Harçel deyib.

O, bu işdə əsasən üç aspektin vacib olduğunu bildirib.

“Saakaşvili ilə əlaqədar vəziyyətə gəldikdə, biz bu işi əvvəlcədən diqqətlə izləyirik və bu işdə əsasən üç aspektin vacib olduğunu fikirləşirik. Birincisi, onun səhhətinin vəziyyəti, ikincisi, ona məhbus kimi münasibət, üçüncüsü, prosesin ədalətli məhkəmə prinsipinə əsaslandığına inanmasıdır.

Bu vəziyyətdə biz hələ də bu üç aspekt ətrafında baş verənləri izləyirik. Biz Xalq Müdafiəçisinin Tibbi Qrupunun hesabatını gözləyirik ki, bu da qrupun nəticələrinin necə olduğunu başa düşmək üçün vacib olacaq. Hazırki mərhələdə obyektiv tibbi məsləhət nə edilməli olduğunu qiymətləndirmək üçün vacib amildir, - deyə avroparlamentari qeyd edib.

Karl Harçel həmçinin Saakaşvili ilə əlaqəli videoyazıların yayılması ilə əlaqədar bildirib ki, bu cür hərəkətlər suallar yaradır.

“Mən məhkəmə qərarı barədə danışa bilmərəm, lakin cənab Saakaşvilinin həbsxanada videoçəkilişlərinin yayılması ilə əlaqədar məsələlərə gəldikdə, biz dərhal öz fikirlərimizi bildirdik. Bu faktı suallar yaradır və ümid edirik ki, bu cür hərəkətlər bir daha təkrarlanmayacaq", - deyə

ŞƏRH YAZ
1