Poniçalada polis əməkdaşı döyülüb - Saxlanılanlar var
18.01.2022 19:00
535
Hadisə
A
Poniçalada polis əməkdaşı döyülüb - Saxlanılanlar var

Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində polis əməkdaşı döyülüb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla əlaqədar 3 nəfər saxlanılıb.

Qrup halında qəsdən sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə istintaq aparılır.

Hadisə ötən gün baş verib.

Mövcud məlumata görə, hadisə baş verən zaman polis əməkdaşı xidməti vəzifəsində olmayıb. Onunla vətəndaşlar arasındakı qarşıdurmaya mağazada növbədə durmağın səbəb olduğu bildirilir.

Yaralı polis əməkdaşına tibbi yardım göstərilib.

ŞƏRH YAZ
0