Bu il dünyada 207 milyon işsiz olacaq
18.01.2022 23:10
315
Maraqlı
A
Bu il dünyada 207 milyon işsiz olacaq

2022-ci ildə dünyada işsizlərin sayı 207 milyon nəfərə yüksələcək ki, bu da 2019-cu ildən əvvəlkindən 21 milyon nəfər çoxdur.

Aktual.ge xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilib.

Hesabatda bildirilib ki, qlobal işsizliyin ən azı 2023-cü ilə qədər pandemiyadan əvvəlki səviyyədə qalacağı gözlənilir.

Əgər 2019-cu ildə 186 milyon insan iş tapa bilmirdisə, bu gün işaxtaranların sayı 207 milyon nəfərə çatıb.

BƏT-in məlumatında həmçinin əmək bazarının bərpası ilə əlaqədar əvvəlki optimist proqnozlar COVID-19-un son variantları olan "Delta" və "Omikron"un yayılması səbəbindən özünü doğrultmadığı bildirilib. Bununla belə, virusun gələcəyinin nə olacağı hələ ki, məlum deyil.

BƏT-in Baş Direktoru Qay Rayder böhranın artıq iki ildir ki, davam etdiyini lakin perspektivin qeyri-müəyyən və əmək bazarının bərpasının ləng olduğunu deyib.

O, pandemiyanın əmək bazarına vurduğu zərərin geri dönməz ola biləcəyindən ehtiyat edir. Sağalma tempinin fərqli olmasına baxmayaraq, pandemiyanın təsirinin dünyanın bütün regionlarının əmək bazarlarında hiss olunduğunu qeyd edib. Bərpanın ən ümidverici əlamətləri Avropa və Şimali Amerikada, ən az ümidverici isə Cənub-Şərqi Asiya, Latın Amerikası və Karib hövzəsində olduğunu ifadə edib.

"Əmək bazarında hərtərəfli bərpa olmadan, pandemiyanın təsirləri tam aradan qaldırılmayacaq", - deyə Rayder əlavə edib.

Onun sözlərinə görə, davamlı bərpa yalnız layiqli əmək prinsipləri, o cümlədən əməyin mühafizəsi, bərabərlik, sosial müdafiə və sosial dialoq əsasında mümkündür.

ŞƏRH YAZ
2