Ukrayna ilə bağlı bu planlar son dərəcə təhlükəlidir - Kreml
19.01.2022 00:37
419
Dünya
A
Ukrayna ilə bağlı bu planlar son dərəcə təhlükəlidir - Kreml

ABŞ və Böyük Britaniyanın Ukraynanı silahla, o cümlədən portativ hava hücumundan müdafiə sistemləri ilə təmin etmək planları son dərəcə təhlükəlidir.

Aktual.ge xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

O qeyd edib ki, Qərbin sözügedən addımı regionda gərginliyi daha da artıracaq:

"Bütün bunlar Ukrayna torpaqlarında təkcə müdafiə deyil, həm də hücum xarakterli müxtəlif silahların tədarükçülərinin fəallaşması ilə bağlı narahatlığımıza uyğundur. Üstəlik, portativ hava hücumundan müdafiə sistemləri də burada sual altındadır. Bu sistemlər ayrıca silah növüdür, istifadəsi beynəlxalq hüquqla tənzimlənir.

ŞƏRH YAZ
0