Ərdoğan:
19.01.2022 01:42
290
Dünya
A
Ərdoğan: "Ukraynanın işğalı mümkün deyil..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini "reallıqdan uzaq" adlandırıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, "belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir".

O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

"Mən İlham Əliyevlə danışacam. Təbii ki, bu məsələləri Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək vacibdir. Çünki bu bölgələr bir daha yeni müharibənin yükünü daşıya bilməz. Bu yanlış olardı. Müharibə ssenarisinin siyasi gündəmdən tamamilə çıxarılmasının vaxtı çatıb", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müasir dünyada torpaqları işğal etmək istəyi arzuolunan nəticələrə gətirib çıxarmayacaq.

"Putinlə hər söhbətimdə Türkiyənin Krımın işğalına qarşı olduğunu bəyan edirəm. Eyni mövqe Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də Rusiya tərəfinin diqqətinə çatdırılır. Yəni Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır", - deyə Ərdoğan qeyd edib.

ŞƏRH YAZ
1