Bolnisidə yol infrastruktur işləri aparılıb - FOTO
19.01.2022 10:48
361
İqtisadiyyat
A
Bolnisidə yol infrastruktur işləri aparılıb - FOTO

Bolnisi Bələdiyyəsinə 2021-ci ildə yol infrastrukturunun və drenaj şəbəkəsinin təşkili üçün 5 milyon 651 min 428 lari xərclənib.

Aktual.ge xəbər verir ki, bu barədə Bolnisi meriyası məlumat yayıb.

Məlumatda keçən il Bolnisi bələdiyyəsində ümumilikdə 11 kilometr yol infrastrukturunun çəkildiyi bildirilib.

14 yerdə səki, asfalt və beton yollar çəkilib. 2021-ci ildə Balıçi, Ratevani, Racisubani, Naxiduri kəndlərində asfalt örtüyü salınıb. Bunun üçün 1 milyon 616 min 736 lari xərclənib.

Talaveri, Kvemo Bolnisi, Muşevan və köhnə Kveşidə 1 milyon 989.min 744 lari dəyərində beton yol abadlaşdırılıb.

Ötən il Bolnisi şəhərinin Curtaveli, Parnavazi, Rustaveli və Vaxtanq Qorqasali küçələrində 2 min 135 metr uzunluğunda daş yol çəkilmişdir. Qeyd olunan layihələr Regionlarda İcra olunacaq Layihələr Fondu və yerli büdcə hesabına birgə maliyyələşdirilib və ümumi dəyəri 2 milyon 31 min 63 lari təşkil edib.

ŞƏRH YAZ
2