Yoluxma sayında daha bir rekord - STATİSTİKA
19.01.2022 10:54
598
Sağlamlıq
A
Yoluxma sayında daha bir rekord - STATİSTİKA

Gürcüstanda ötən sutkada koronavirusa 8 728 yeni yoluxma halı qeydə alınıb, 43 nəfər vəfat edib.

Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 015 592-yə, ölənlərin sayı isə 14 555-ə çatıb.

Son 24 saat ərzində 8 545, ümumilikdə isə 943 212 nəfər müalicə olunaraq sağalıb.

Hazırda aktiv xəstə sayı 57 799 nəfər təşkil edir.

ŞƏRH YAZ
3