Bu gün və sabah gözlənilən hava şəraiti - PROQNOZ
19.01.2022 11:11
805
Maraqlı
A
Bu gün və sabah gözlənilən hava şəraiti - PROQNOZ

"Yanvarın 20-dək Gürcüstanda əlverişsiz hava şəraiti davam edəcək. Əsasən qar şəklində arabir yağıntılar, bəzi yerlərdə hava temperaturunun xeyli aşağı düşməsi, güclü külək, dağlıq və yüksək dağlıq ərazilərdə duman olacaq".

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, qar fırtınası, sulu qar və qar uçqunları ilə əlaqədar yolların bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

ŞƏRH YAZ
1