Nazim Nəbiyev yarım aydır itkin düşüb - İstintaq davam etsə də, hələ tapılmayıb
19.01.2022 11:50
992
Kriminal
A
Nazim Nəbiyev yarım aydır itkin düşüb - İstintaq davam etsə də, hələ tapılmayıb

4 yanvar tarixində evdən mal-qara alveri üçün çıxan Saqareco Bələdyyəsinin Yormuğanlı kənd sakini Nazim Nəbiyev 15 gündür ki, hələ də ortalıqda yoxdur.

Aktual.ge xəbər portalına danışan itkin düşmüş N.Nəbiyevin oğlu Elvin Nəbiyev atasının yarım aydır tapılmamasından narahatlığını dilə gətirib.

O bildirib ki, 4 yanvardan bəri ailələrinin başçısı evdən mal-qara alveri üçün ayrılıb və birdə geri qayıtmayıb.

"15 gündür dayım itkin düşüb, bilmirik neyləyək, nə addım ataq, oturub gözləyirik. Polislər deyir ki, axtarış davam edir, tapacağıq",-deyib N.Nəbiyevin bacısı oğlu Nurlan Kazımov.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi qəsdən azadlıq məhrum etmə - Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə istintaqı davam edir.

N.Kazımov bundan əvvəl müsahibəsində bildirmişdi:

“Dayım axırıncı dəfə Fərhad Qurbanovun fermsına girərkən görülüb. Təhlükəsizlik kamerasında onun fermasına giriş etdiyi görülür, lakin cıxışı görülmür. Fərhad Qurbanov isə təqsirli olduğunu qəbul etmir. Biz onu təqsirli görürük. Hüquq mühafizə orqanları isə bizə ətraflı şəkildə məlumat vermirlər. Fərhad Qurbanov və atası saxlanılıb. Ancaq üzərindən bir müddət keçdikdən sonra sərbəst buraxılıb".Məlumat üçün bildirək ki, 4 yanvar tarixində 42 yaşlı iki övlad atası N.Nəbiyev Qardabani sakini Fərhad Qurbanovun dəvəti ilə evdən 32 min lari pul götürüb mal-qara alverinə gedib. 4 yanvar tarixindən bəri N.Nəbiyevdən məlumat yoxdur.


 

ŞƏRH YAZ
6