Keşişdən Saakaşvili barədə ölkə gündəmini silkələyəcək təşəbbüs
19.01.2022 14:16
2110
Siyasət
A
Keşişdən Saakaşvili barədə ölkə gündəmini silkələyəcək təşəbbüs

Axalkalaki və Kumurdo yeparxiyasının mitropoliti, keşiş Nikoloz Paçuaşvili həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin daxili nəzarətdə olması təşəbbüsü ilə çıxış edib və bunun üçün öz yeparxiyasını (Kilsə həyəti -red.) ayırmaq təşəbbüsünü irəli sürüb.

Aktual.ge xəbər veirr ki, o, deyib Saakaşvili mənim bu təşəbbüsümlə razılaşacaq.

“İlk növbədə dövlətə vəziyyətin həllini təklif edirəm. Yaxşı olardı ki, (keçmiş -red.) prezidentin ev dustaqlığında saxlanması barədə qərar qəbul olunsun. Məncə, onun Tbilisidəki evində olması rahat olmazdı, ona görə də yeparxiyamı təklif edirəm. Bu təşəbbüs dövlətin xoşuna gəlsə, yəqin ki, gəlib yer seçərlər, dövlətlə qarşı tərəf arasında vasitəçi olacam. Mən onunla danışmışam və bilirəm ki, o, yəqin ki, etiraz etməyəcək. Hesab edirəm ki, bu, dövlətin marağında olmalıdır, ölkə üçün daha yaxşı olar. Mən hazıram, əgər hökumət əməkdaşlıq etmək istəsə, yeparxiyada bütün şəraiti yaradacam”, - deyə keşiş qeyd edib.

ŞƏRH YAZ
3