“Hakimiyyətin Türkiyəyə qarşı embarqo siyasəti iflasa uğradı” - Erməni ekspert
19.01.2022 15:38
250
Dünya
A
“Hakimiyyətin Türkiyəyə qarşı embarqo siyasəti iflasa uğradı” - Erməni ekspert

"Ermənistan hakimiyyəti türk mallarının idxalına qoyulan qadağaya nəzarəti iflasa uğratdı və eyni ilə biabırçı şəkildə embarqonu ləğv etdi".

Aktual.ge xəbər verir ki, bunu “Sputnik Armeniya”ya müsahibəsində “Export Armenia” icmasının qurucusu Emil Stepanyan deyib.

“Ölkə hakimiyyəti nəinki qadağanın icrasına nəzarət etməyib, hətta heç bir şəkildə yerli istehsalçılara kömək etməyə çalışmayıb. İdxalçılar məhdudiyyətin qüvvəyə minməsinə 2 ay qalmış anbarlarını növbəti 6 ay üçün türk malları ilə doldurublar. Yalnız son aylarda bəzi yerli istehsalçılar bazara girə bildilər. Amma türk malları geri qayıdandan sonra onlar yenə erməni mallarını bazardan çıxarırlar. Türkiyənin dövlət dəstəyi, innovativ yanaşmaları və istehsalın avtomatlaşdırılması var ki, bu da onların məhsullarını daha rəqabətqabiliyyətli edir”, - ekspert bildirib.

ŞƏRH YAZ
3