Marneulidə gənc
11.09.2020 18:56
1562
Hadisə
A
Marneulidə gənc "Marşurutun" içində pis olub
Marneuli rayonunun Şota Rustaveli 55 küçəsi yaxınlığında xoşagəlməz hadisə baş verib. İctimai nəqliyyatın həddindən artıq dolu olması və içəridə havasızlığın yaranması səbəbindən epilepsiya xəstəsi gənc sıxılaraq pis olub. Aktual.ge xəbər verir ki, hadisə Marneuli rayonunun kəndlərindən birinə işləyən ictimai nəqliyyatın, hərəkətdə olduğu vaxt baş verib. Hadisə nəticəsində marşrutun hərəkəti dayandırılaraq pis olan şəxs yol kənarındakı obiyektlərdən birinə aparılaraq yardım göstərilib. Hadisə yerinə 112 patrul və təcili tibbi yardım xidməti cəlb olunub. Hazırda gəncin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.
ŞƏRH YAZ
4