Gürcüstünda elektron nəzarət qolbağından ilk dəfə harada istifadə edildi? - Ətraflı
12.09.2020 12:10
591
Kriminal
A
Gürcüstünda elektron nəzarət qolbağından ilk dəfə harada istifadə edildi? - Ətraflı
Gürcüstanda elektron qolbaqdan ilk dəfə Marneulidə istifadə olunub. Belə ki, kişi həyat yoldaşını döyərək öldürməklə hədələyib. Qadının razılığı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib və elektron nəzarət tətbiq edilib. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata görə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi, 11-ci maddəsinin 1-ci hissəsi və Gürcüstan Cinayət Məcəlləsinin məişət zorakılığı və ölüm təhdidini nəzərdə tutan 151-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən başladılıb. 1 sentyabrdan etibarən həbs qətimkan tədbiri çıxarmaqla yanaşı, zorakılığın təkrarlanma təhlükəsi olduğu təqdirdə şəxsin elektron nəzarətinin həyata keçirilməsini təmin edən qanunvericilik dəyişikliyi qüvvəyə mindi. Cinayətkarın elektron qolbaq vasitəsilə virtual izlənməsi "112" Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi tərəfindən təmin edilir. İstismarçı tərəfindən qoyulmuş öhdəliklərin icrası məcburidir. Elektron nəzarətdən boyun qaçırtmaq isə Cinayət Məcəlləsində qeyd olunmuş məsuliyyəti nəzərdə tutur.
ŞƏRH YAZ
4