Rustavililərə şad xəbər - Arzuladıqları geyimləri artıq
12.09.2020 20:12
1965
Maraqlı
A
Rustavililərə şad xəbər - Arzuladıqları geyimləri artıq "Ekonom Şop"dan ala biləcəklər (FOTOLAR)
Sentyabr ayının 12-i saat 14:00-da Rustavi şəhərinin İstanbul bazarında yerləşən "Ekonom Şop" geyim mağazasının baş tutan açılışı ilk gündən böyük marağa səbəb olub. Anşlaqla baş tutan "Ekonom Şop"un açılışından sonra onlarla insan mağazadakı geyimlərin qiymətlərinin ucuz, keyfiyyətlərinin isə mükəmməl olmasından böyük məmnuniyyət hissi keçirib. Geyim mağazasının açılışına, müğənni Eynar Balakişiyev, iş adamları və şəhər sakinləri qatılıb. İstanbul Bazarda yerləşən "Ekonom Şop" geyim mağazasında kişi, qadın, uşaq geyimləri, qadınlar üçün xüsusi və rəngli geyimlər, kişilər üçün klassik, sport və s geyimlər, aksesuarlar, ayaqqabıların satışı mövcuddur. Artıq Rustavi sakinləri arzuladıqları geyimləri almaq üçün uzun yol qət edərək Tbilisiyə getməli olmayacaq. “Ekonom Şop” məşhur brendlərin zövqlü geyimlərini sərfəli qiymətlə rustavililər üçün əlçatan edir. Kişi Bölümündə: İstədiyiniz çeşiddə ayaqqabılar, klassik, sport modelli köynəklər, cins şalvarlar, aksesuarlar. Burada orginal türk istehsallı olan geyimlər həm dəblidir, həm də sərfəlidir. Qadın Bölümündə: Rəngarəng ayaqqabı, cins, köynək çeşidləri, sizi hər zaman özəl göstərən çantalar, aksesuarlar və daha nələr-nələr xanımları gözləyir. Gedin, seçin, alın və razı qalın... Bu “Ekonom Şop”un fərqidir. Uşaq bölümündə: Uşaqlar üçün hər çeşiddə ayaqqabılar, cinslər, dəstlər köynəklər, gödəkçələr mövcuddur. “Ekonom Şop”dan uşaqlar üçün geyimlər alıb övladlarınızın təbəssümünə səbəb ola bilərsiz. Qeyd edək ki, "Ekonom Şop"un digər bir geyim mağazası isə Tbilisidə Gldani Plazada da yerləşir.
ŞƏRH YAZ
2