Axalkalaki Yepiskopu:
13.09.2020 17:23
322
Din
A
Axalkalaki Yepiskopu: "Məhdudlaşdıracaq bir şeyimiz yoxdur"
"Mənim məhdudiyyətlərə qarşı heç bir şeyim yoxdur, çünki bizim din xadimləri demək olar ki, məhdudlaşdıracaq bir şeyimiz yoxdur". Aktual.ge İpn-a istinadən xəbər verir ki, bunu Axalkalaki, Kari və Kumurdo yepiskopu Nikoloz Paçuaşvili koronavirusun yaratdığı məhdudiyyətləri şərh edərkən söyləyib. Onun fikirincə, kilsəyə getməyənlər cəzalandırılmır. "İnsanların qatıldığı idman tədbirləri haqqında sizə heç nə deyə bilmərəm. Deyim ki, şəxsən mənim bir din xadimi kimi şikayət ediləcək bir şeyim yoxdur. Kilsəyə gəlmək istəyənlər üçün, utancaq olanlar, bunun üçün cəzalandırmırıq, maskanın istifadəsini haqqlı hesab edirəm və əl yumanı. 'Ən pis vəziyyət Pasxa vaxtı idi, Allaha şükür, hər şey Tanrının lütfü ilə edildi və mənim şikayətlənəcəyim heç bir şey yoxdur' ",-deyə N.Paçuaşvili qeyd edib.
ŞƏRH YAZ
2