Türkiyədən Marneuli Aerodromuna külli miqdarda maddi dəstək
Türkiyə Gürcüstanın Marneuli Aerodromunun modernizasiyası üçün 1,5 milyon (təxminən 200 min ABŞ dolları) məbləğində türk lirəsi ayırır.
Aktual.ge xəbər verir ki, bununla əlaqədar məlumat Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin bu günkü iclasında bildirilib və Gürcüstan Hökuməti ilə Türkiyə Cumhuriyyəti arasında logistik sahəsində həyata keçirilən iki saziş müzakirə edilib.
Sözügedən Komitənin sədri İrakli Sesiaşvili, Türkiyəyə verdiyi maliyyə dəstəyinə görə təşəkkür edib və Parlamentin hər il bu cür müqavilələri təsdiqlədiyini ifadə edib.
Məlumat üçün bildirək ki, Türkiyə ilə Gürcüstan arasında hərbi maliyyə sahəsində əməkdaşlıq müqaviləsi 2016-cı ilin sonunda imzalanmışdır.