Gürcüstanda orta aylıq əməkhaqqı azalıb
15.09.2020 13:39
499
İqtisadiyyat
A
Gürcüstanda orta aylıq əməkhaqqı azalıb
Bu ilin II rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1 150,1 lari təşkil edib. Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib. İllik müqayisədə əmək haqqı 29,6 lari və yaxud 2,5% azalıb. Aprel-iyun aylarında Gürcüstanda ən yüksək maaş 2 040,9 lari olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% azdır. Yüksək maaşlı digər sahələrin siyahısında informasiya və kommunikasiya (1 932,8 lari), peşə, elmi və texniki fəaliyyət (1 786,9 lari), tikinti (1 621,4 lari) yer alıb. Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 352,4 lari, qadınlarınkı isə 924,2 lari səviyyəsində olub.
ŞƏRH YAZ
2