Son Dəqiqə! Kobuleti qarışdı - Etirazçılar yolu bağladılar
15.09.2020 14:09
2871
Siyasət
A
Son Dəqiqə! Kobuleti qarışdı - Etirazçılar yolu bağladılar
Yerli əhali Kobuletinin Ağmaşenebeli küçəsində yolu bağlayıb. Yerli sakinlər, koronavirus səbəbindən turistlərin olmadığını, nəticədə bank öhdəliklərini tam olaraq ödəyə bilmədiklərini söyləyirlər. Aktual.ge “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumətin kredit borclarını və kredit faizlərini təxirə salmaqda kömək etmədiyi təqdirdə, hər gün Kobuleti Bələdiyyəsi binası qarşısında aksiyalar keçirəcəklərini və lazım gələrsə bu dinc aksiyaları etiraz formasına salaraq aclıq aksiyasına başlayacaqlarını bildiriblər. Məlumata görə, mövcud problemi həll etmək üçün əhali Acarıstan hökumət nümayəndələri ilə də görüşüb və onlardan kömək üçün bir vəd alıb, lakin vətəndaşların sözlərinə görə, bu günə qədər heç bir tədbir görülməyib. Qeyd edək ki, polis, nümayişçiləri uzaqlaşdıraraq mərkəzi yolu açmağa çalışsa da nəticə əldə edə bilməyiblər. Xatırladaq ki, bununla da yerli sakinlər son 2 ay ərzində 7-ci aksiyanı həyata keçiriblər.
ŞƏRH YAZ
1