Vitse-spikerdən Saakaşviliyə sərt sözlər –
15.09.2020 15:47
1233
Siyasət
A
Vitse-spikerdən Saakaşviliyə sərt sözlər – "Saakaşvili ağlını itirib"
"Əvvəlcə həyat yoldaşı, indi isə anası namizəd olaraq təyin edildi. Bu insan taxıntılıdır - heç olmasa tərəfdarları ölkənin və bölgənin maraqları ilə bu cür oynamamlı olduğunu ona xatırlatsın”. Aktual.ge xəbər verir ki, bunu parlamentin vitse-spikeri Gia Volski, parlamentin plenar iclasında çıxışı zamanı sabiq prezident Mixeil Saakaşvili barədə danışarkən söyləyib. Onun sözlərinə görə, Gürcüstanda həll edilməli olan siyasi partiyaların banner sayından daha önəmli problem var və bu yalnız ölkənin hakim komandası tərəfindən həll edilməli olan bir mövzu deyil. “Saakaşvili ümumiyyətlə ağlını itirib. 11 dəfə Gürcüstana gah buludlarla, gah quru gah da dəniz yolu ilə qayıdacağını açıqlayıb. Bunlar mənim saya bildiklərimdir, saya bilmədiklərin nə qədərdir kim bilir. Səndemə Gürcüstan millətini o yaradıbmış, Gürcüstana mədəniyyəti o, gətirib. Eyni zamanda, gürcü millətini, insanları son dərəcə diqqətsiz sözlərlə lənətləyib. Əvvəlcə həyat yoldaşı, indi isə anası namizəd olaraq təyin edildi. Bu insanda möhtəşəm bir maniya var və obsesif bir insandır. Heç olmasa tərəfdarları ölkənin və bölgənin maraqları ilə bu cür oynamamlı olduğunu ona xatırlatsın” ,- deyə G.Volski qeyd edib.
ŞƏRH YAZ
18