Süleymaninin qisası planına Trampdan ağır cavab
15.09.2020 23:44
876
Dünya
A
Süleymaninin qisası planına Trampdan ağır cavab
Bəzi məlumatlara görə, İran hökuməti Qasım Süleymaninin qisasını almaq məqsədilə ABŞ rəsmilərinə qarşı sui-qəsd hazırlayır. Aktual.ge Axar-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb. “Tehrandan gələn hər hansı hücuma dərhal cavab veriləcək. Bu tədbirlər isə min dəfə daha ağır olacaq”, - D.Tramp bildirib. Qeyd edək ki, Qasım Süleymaninin qisası kimi İranın ABŞ səfirini qətlə yetirmək planı barədə medianın yaydığı məlumatı Tehran təkzib edib.
ŞƏRH YAZ
0