Qayıq batdı: 25 nəfər boğularaq öldü
16.09.2020 00:56
96
Dünya
A
Qayıq batdı: 25 nəfər boğularaq öldü
Liviya sahilləri yaxınlığında qayıqların qəzaya uğraması nəticəsində 25-dən çox miqrant ölüb. Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Səfa Msexli bildirib. “Liviyanın Mühafizə Xidməti 3 qayıq saxlayıb. Onlardan biri çevrilib. Boğularaq ölən iki nəfərin meyitini sudan çıxarıblar, bir neçə nəfər sağ-salamat xilas edilib. 22 nəfər isə itkin düşüb. Xilas edilən 45 nəfər rezin qayıqlarda sahilə çıxarılıb”, - S.Msexli vurğulayıb. Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır.
ŞƏRH YAZ
0