Rusiyaya işləməyə gedənlərin nəzərinə!
Rusiyada miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi hazırlanır.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların Rusiyadan deportasiya edilməsi də gündəmdədir. Gürcüstandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır.
Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.
Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib.
Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.