"Facebook"da hər-kəsin işinə yarayacaq yenilik gəlir
"Facebook" sosial şəbəkəsi istifadəçilərinə yeni funksiya təqdim edəcək.
Aktual.ge Redaktor-a istinadən xəbər verir ki, "Messenger" bölməsi üçün nəzərə tutulan yenilik "Together Watch" (Birlikdə İzlə) adlanır.
Yeniliyə əsasən, istifadəçilər dostları ilə görüntülü danışan zaman, paralel olaraq "Facebook Watch"da video izləmək imkanı əldə edəcək.
Belə ki, söhbətə qoşulan istifadəçilər "Facebook" video kataloqundan istədiyi videonu seçərək, canlı söhbətdə hamının izləməsini təmin edəcək.
Qeyd edək ki, yenilik görüntülü zəng üçün 8, "Messenger room"(Mesaj otağı) üçün isə 50 nəfərin ünsiyyətini təmin edəcək.