Gürcüstanda bu gün parlament seçkiləri keçirilsə kimə səs verərdiniz? - ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANIB
16.09.2020 11:08
494
Siyasət
A
Gürcüstanda bu gün parlament seçkiləri keçirilsə kimə səs verərdiniz? - ARAŞDIRMANIN NƏTİCƏLƏRİ AÇIQLANIB
Edison Researchin (Edison Araşdırmaları -red.) apardığı - "Bu gün parlament seçkiləri keçirilsə kimə səs verərdiniz?" adlı araşdırmanın nəticələri açıqlanıb. Aktual.ge xəbər verir ki, araşdırma 25 Avqust - 7 sentyabr tarixləri arasında "FormulaTV"nin sifarişi əsasında həyata keçirilib. Aparılan araşdırmanın nəticələri isə belədir: "Gürcü Arzusu" - 38% "Vahid Milli Hərəkat" - 'Birləşmiş müxalifət' - 15% "Avropalı Gürcüstan" - 6% Giorgi Vaşadze "Quruculuq Strategiyası" -4% "Leyboristlər partiyası" - 3% "Lelo" -3% "Vətənpərvərlər İttifaqı" - 3% "Qirçi" - 3% "Vətəndaşlar" (Aleko Elisaşvili) - 1% "Demokratik Hərəkat - Vahid Gürcüstan" - 1% "Qalib Gürcüstan" (İrakli Okruaşvili), "Ədalət Naminə" (Eka Beselia), "Azad Gürcüstan" (Kaxa Kukava) -1% Sorğuda iştirak edən şəxslərin 23%-i kimə səs verəcəyinə hələ qərar verməyib. Eyni araşdırmanın nəticələrinə əsasən, əhalinin 57% -i qarşıdakı parlament seçkilərindən sonra yeni bir hakim partiyanın gəlməsini, 43% -i isə “Gürcü Arzusu”nun qalmasını istəyir. Bundan əlavə, sözügedən kampaniyanın respondentlər arasında apardığı sorğu çərçivəsində müəyyən olunub ki, 31 oktyabr tarixində seçki məntəqələrində əhalinin maksimum iştirakı gözlənilir, belə ki, sorğuda iştirak edən əhalinin 94% -i səs vermədə iştirak etmək niyyətindədir.
ŞƏRH YAZ
4