İqtisadiyyat naziri larinin son günlərdə dəyərini itirməsinə münasibət bildirdi
16.09.2020 12:11
961
İqtisadiyyat
A
İqtisadiyyat naziri larinin son günlərdə dəyərini itirməsinə münasibət bildirdi
“Larinin məzənnəsi orta dərəcədə dalğalanır və mənfi tendensiyanın dərinləşməsinin heç bir makroiqtisadi əlaməti mövcud deyil”. Aktual.ge xəbər verir ki, bunu İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava bildirib. Nazir hökumətin biznes sektoru üçün geniş miqyaslı bir məhdudiyyət olmayacağına dair verdiyi açıqlamalarının mənfi biznes gözləntilərini təsirsiz hala gətirəcəyini qeyd edib. “Gürcüstan qlobal iqtisadiyyatın bir hissəsidir və hazırda bütün dünya iqtisadi böhran vəziyyətindədir. Əlbəttə ki, bu da bizim üçün böyük bir çağırışdır. Son zamanlarda larinin dinamikasına nəzər salsaq, böyük problem turizmin və xarici ticarətin məhdudlaşdırılması olsa da, bu dinamika böyük dalğalanmalarla xarakterizə olunmur. Dalğalanmalar orta dərəcədədir, bölgədəki digər ölkələrlə müqayisə etsək, faiz dəyişkənliyi də azdır. Düşünürəm ki, lari məzənnəsindəki mənfi tendensiyanın dərinləşməsinə dair makroiqtisadi bir işarə yoxdur. Mənfi gözləmələr əlbəttə, lari məzənnəsinə mənfi təsir göstərir. Virusa yoluxmuş insanların sayının artması ilə yanaşı hökumətin ümumdünya məhdudiyyətlərinin tətbiq edəcəyi ilə bağlı gözləntilər də ola bilər, amma açıq şəkildə deyirik ki, bu olmayacaq və iqtisadiyyat işləyəcək, bu isə gözləntiləri neytrallaşdıracaq. İnflyasiya səviyyəsi ümid vericidir və gözləntilərimiz müsbətdir", - deyə N Turnava larinin son günlərdə xarici valyuta qarşısında dəyərini itirməsini şərh edərkən bildirib.
ŞƏRH YAZ
2