Son Dəqiqə! Orduda koronavirus aşkarlandı
16.09.2020 12:20
864
Sağlamlıq
A
Son Dəqiqə! Orduda koronavirus aşkarlandı
Gürcüstan Silahlı Qüvvələrinin hərbi qulluqçusunda koronavirus aşkarlanıb. Aktual.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayır. Nazirlikdən verilən məlumata əsasən, virusa yoluxan şəxs Senaki 2-ci Briqadasının hərbi qulluqçusudur və onda COVID-19 Batumidə olduqdan sonra təsdiqlənib. “Virusa yoluxan şəxs hərbi qulluğu bitirdiyi müddətdə Acarıstan bölgəsində olub və epidemiya mərkəzində olduğu üçün hərbi bazaya qəbul edilməzdən əvvəl müəyyən edilmiş protokola əsasən müayinə edildi. Qeyd edək ki, hərbi hissənin şəxsi heyəti ilə əlaqədə olmayıb. Bu səbəbdən hissənin ərazisini karantinaya almağa ehtiyac yoxdur”,- deyə nazirliyin açıqlamasında bildirilib.
ŞƏRH YAZ
0