Arıxlının deputatı
16.09.2020 14:46
1229
Siyasət
A
Arıxlının deputatı "Mtavari Arxi"nin jurnalistini təhdid edib
Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndinin deputatı Vuqar İsəyev "Mtavari Arxi" telekanalının jurnalisti Ceyhun Məhəmmədəlini yaralamaqla hədələyib. Aktual.ge “Mtavari Arxi”ə istinadən xəbər verir ki, hadisə bu gün Bolnisi rayonunun Naxiduri (Arxlı) kəndində müxalifət və əhali arasında keçirilən görüşdən sonra baş verib. Məlumata görə, hadisə zamanı hökumət tərəfdarları və aktivistləri "Mtavari Arxi"nin çəkiliş qrupuna hücum edib və V.İsəyev kanalın jurnalisti olan Ceyhun Məhəmmədəlini yaralamaqla təhdid edib. “Siz şantajla məşğulsunuz. Sən kimsən ki, gəlib kəndimdə yekəxanalıq edirsən? Sənə dedim ki, məni çəkmə, qurtardı! Bunu etməyə haqqın yoxdur. Seçkilərdən sonra səninlə və digərləri ilə şəxsən özüm görüşəcəyəm. Seçkilər bitsin sizi buraya çağıracağam. Sizə tamamilə fərqli sözlər söyləyəcəyəm. Get ‘Naçiyonallar’a işlə”, - deyə hakim partiyadan olan deputat deyib
ŞƏRH YAZ
6