Koronavirusla əlaqədar şura bir sıra qərarlar verib
Ticarət müəssisələri də daxil olmaqla Batumidə intensiv termoskrininq daha da gücləndiriləcək. Həmçinin Batumiyə gələn və gedən insanların termoskrininqdən keçəcəyi xüsusi yoxlanış məntəqələri yaradılacaq və temperaturu olan şəxslər koronavirus testindən keçiriləcək.
Aktual.ge xəbər verir ki, bu qərar bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilib.
Qərara əsasən, eyni zamanda ölkənin hər yerində olduğu kimi Batumidə də müvafiq idarələr hökumətin qərarı ilə müəyyən edilmiş qaydaların icrasına nəzarəti gücləndirdilər.
Şuranın iclasında, ölkə daxilində infeksiya hallarının aşkarlanması dinamikası müzakirə edildi. Hökumətin vəziyyəti tam nəzarətdə saxladığı, bu səbəbdən fövqaladə vəziyyətin və tam karantinin elan edilməsinin ölkə daxilində planlaşdırılmadığı, məhdudiyyətlər və müvafiq tədbirlərin zəruri hallarda tətbiq ediləcəyi qeyd edildi.
İdarələrarası Koordinasiya Şurasının üzvləri epidemiya səbəbindən yenidən məhdudiyyətlərin qoyulmasından təsirlənən sahələrdə işləyənləri də müzakirə ediblər. Hökumət insanların sosial tədbirlərdə iştirak etməsi üçün mövcud məhdudiyyətləri mümkün qədər tez həll etməyə çalışır. Bu mövzuda seçkiqabağı təşviqat ərəfəsində bu məsələnin spekulyasiya mövzusuna çevrilməməsi üçün ehtiyatlı yanaşmalardan istifadə ediləcəkdir.
İdarələrarası Koordinasiya Şurası bir daha vətəndaşları müəyyən edilmiş qaydalara riayət etməyə, maskalardan istifadə etməyə, sosial məsafəni qorumağa, lazımsız yığıncaqlarda mümkün qədər iştirakdan çəkinməyə və asayişi qorumaq üçün aidiyyatı idarələrə kömək etməyə çağırır.