Müxalif lider:
16.09.2020 16:54
586
Siyasət
A
Müxalif lider: "Bu seçkilərdə əhaliyə un, kartof və ya təzyiq təsir etməyəcək"
"Əhali o qədər ağır bir böhran içindədir ki, dəyişikliyi, irəliləyişi və inkişafı açıq şəkildə tələb edir. Buna görə də əminəm ki, bu seçkilərdə əhaliyə un, kartof və ya təzyiq təsir etməyəcək”. Aktual.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan” partiyasının lideri Davit Bakradze deyib. Müxalif liderin sözlərinə görə, seçicilərin rüşvət alması, inzibati resurslardan istifadə, müxaliflərə qarşı təzyiq və zorakılıq, “Gürcü Arzusu”nun seçkilərdə qalib gəlmək üçün istifadə etdiyi üsulların siyahısıdır. "Seçki kampaniyaları hazırda çox sürətli bir şəkil almağa başladı, buna görə əvvəlki seçki kampaniyaları dövründə mövcud olan bütün pis simptom və əlamətlərin daha da güclənəcəyini gözləyirik. Bu, ‘Gürcü Arzusu’ tərəfindən aparılan tipik bir seçki kampaniyasıdır. Seçiciyə görə verilən rüşvət, inzibati resurslar, təzyiq, rəqiblərə qarşı zorakılıq - bunların hamısına əvvəlki seçkilərdə ‘Gürcü Arzusu’nun iştirakı ilə şahid olduq. Əsas odur ki, heç bir rüşvət və inzibati resurs pozuntusu hökumətə kömək edə bilməz, Əhali o qədər ağır bir böhran içindədir ki, dəyişikliyi, irəliləyişi və inkişafı açıq şəkildə tələb edir. Buna görə də əminəm ki, bu seçkilərdə əhaliyə un, kartof və ya təzyiq təsir etməyəcək”,- deyə D. Bakradze qeyd edib.
ŞƏRH YAZ
2