Mayk Pompeo Gürcüstan XİN rəhbərinə seçkilərlə əlaqədar cavab məktubu göndərib
16.09.2020 22:20
315
Siyasət
A
Mayk Pompeo Gürcüstan XİN rəhbərinə seçkilərlə əlaqədar cavab məktubu göndərib
“ABŞ Gürcüstanın ABŞ-a və beynəlxalq müşahidəçilərə dəstək göstərmə səylərini yüksək qiymətləndirir və demokratik institutlarını və demokatik proseslərini gücləndirən islahatların həyata keçirilməsində Gürcistana kömək etməyə hazırdır”. Aktual.ge xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mike Pompeo Gürcüstan Xarici İşlər nazirliyinə göndərdiyi cavab məktubunda bildirib. Bununla birlikdə, Dövlət katibi məktubunda departamentin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) missiyasına qoşulmaq üçün ABŞ-dan könüllüləri seçəcəyi bildirilir. “Hörmətli nazir, 31 oktyabr parlament seçkilərini izləmək üçün göndərdiyiniz məktub və dəvətə görə təşəkkür edirik. Beynəlxalq standartlara və ən yaxşı təcrübələrə uyğun olaraq azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün səylərimizi göstərəcəyik. Rəqabət mühiti, seçki islahatlarının dəqiq həyata keçirilməsi və əsas insan hüquqlarına və ifadə, birləşmə, toplaşmaq azadlığına hörmət həm seçki günü, həm də seçkiqabağı və seçki sonrası dövrlərdə vacibdir. Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirirəm: ATƏT-in və DTİHB-nin 28 uzunmüddətli və 350 qısamüddətli müşahidəçisindən ibarət əsas qrupu tam izləmə qrupunun yerləşdirilməsi ilə bağlı tövsiyələrini dəstəkləyirik. DTİHB missiyasına əlavə olaraq, Amerika Birləşmiş Ştatlarının Tbilisidəki Səfirliyi, MSK ilə əlaqələndirərək Səfirlik qrupu tərəfindən monitorinqi həyata keçirəcək. Beynəlxalq Cümhuriyyət İnstitutu (IRI) və Milli Demokratiya İnstitutu (NDI) COVID-19 səbəbiylə beynəlxalq müşahidəçilərin seçki günü yerləşdirilməməsinə qərar versələr də, NDI və IRI ilə birlikdə onlara kömək edəcək alternativ bir həll yolu tapırşırıq. Bununla yanaşı gürcü həmkarları ilə işləyəcək uzunmüddətli analitiklər və virtual müşahidəçilərin təyin edilməsi üzərində işləyirik. ABŞ-a və beynəlxalq müşahidəçilərə dəstək göstərmə səylərinizə görə təşəkkür edirik və demokratik institutlarınızı, demokratik prosesi gücləndirəcək islahatların həyata keçirilməsində Gürcüstana kömək etməyə hazırıq", - deyə M.Pompeo öz məktubunda bildirib.
ŞƏRH YAZ
0