ABŞ könüllüləri Gürcüstandakı parlament seçkilərini izləyəcək
16.09.2020 22:59
206
Siyasət
A
ABŞ könüllüləri Gürcüstandakı parlament seçkilərini izləyəcək
ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə könüllülər göndərəcək. Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun Gürcüstanın xarici işlər naziri Davit Zalkalianiyə ünvanladığı məktubda bildirilib. ABŞ könüllülərinin ATƏT-in müşahidə missiyasına qoşulmaları nəzərdə tutulub. M.Pompeo Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirdiyini vurğulayıb.
ŞƏRH YAZ
2