Şalva Natelaşvilidən
17.09.2020 00:53
1070
Siyasət
A
Şalva Natelaşvilidən "Mtavari Arxi", "TV Pirveli" və "Formula TV"-yə: "Salamat qalın!"
" "Mtavari Arxi", "TV Pirveli", və "Formula TV" Salamat qalın!". Aktual.ge xəbər verir ki, bunu Şalva Natelaşvili yazır. Onun sözlərinə görə bu gün Rusiya səfirliyi qarşısında keçirilən mitinq işıqlandırılmayıb. "Müxalifət telekanalları "Mtavari Arxi", "TV Pirveli, "Formula" ya da özlərini belə hesab edənlərə müraciət edirəm. Siz hələ də qürur duyduğunuz bütün cəfəngiyatları işıqlandırırsınız. Bu gün "Leyboristlər Partiyası"nın Rusiya səfirliyi qarşısında keçirdiyi etiraz mitinqinin kadrları haradadır? Əgər etirazımız diqqətə layiq deyilsə, nə edək? Müdürlərinizdən fərqli olaraq şəxsi televiziyamız yoxdur. Hər şeyin cavabını ayın 31-də alacaqsınız. Salamat qalın! Heç olmasa gündə ən azı üç dəfə sahiblərinizin mənasız brifinqlərini açmağı yaddan çıxartmayın” - deyə Şalva Natelaşvili yazır.
ŞƏRH YAZ
1