Türkiyədə 100-dən çox hərbçi SAXLANILDI
Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Aktual.ge Unikal-a istinadla xəbər verir ki, ölkənin 34 vilayətində baş tutan əməliyyatlar zamanı FETÖ ilə əlaqədə şübhəli bilinən 106 hərbçi saxlanılıb.
Orduda bu istiqamətdə əməliyyatların davam etdirildiyi bildirilir.