Bu həftə parlament seçkiləri olsaydı kimə səs verərdiniz? - SORĞUNUN NƏTİCƏLƏRİ
17.09.2020 11:32
366
Siyasət
A
Bu həftə parlament seçkiləri olsaydı kimə səs verərdiniz? - SORĞUNUN NƏTİCƏLƏRİ
Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən aparılan bir sorğuya görə, respondentlərin 36% -i "Gürcü Arzusu"nu və 15% -i isə "Vahid Milli Hərəkatı" dəstəkləyir. Aktual.ge xəbər verir ki, İRİ-nin Gürcüstan vətəndaşları arasında apardığı sorğuya "Bu həftə parlament seçkiləri olsaydı, kimə səs verərdiniz" sualına respondentlərin 36% -i "Gürcü Arzusu"nu və 15% -i isə "Vahid Milli Hərəkatı" dəstəklədiyini bildirib. Qalan səslər aşağıdakı şəkildə paylandı "Avropalı Gürcüstan - Azad Demokratlar" - 4%, "Yeni Gürcüstan üçün Quruculuq Strategiyası" - 4%, "Vətənpərvərlər İttifaqı" - 4%, "İşçi Partiyası" - 3%, "Vətəndaş Hərəkatı" 2%, "Girçi" - 2%, "Lelo" - 2% "Demokratik Hərəkat - Birləşmiş Gürcüstan - 1%, Heç biri - 3%. Seçicilərin 23% -i cavablarını bilmədiklərini və ya səs verməyəcəklərini söyləyiblər. Sözügedən sorğu 4-21 avqust tarixləri arasında aparılıb. Tədqiqat çərçivəsində Gürcüstanın hər bölgəsindən 1500 vətəndaşla üz-üzə müsahibə aparılıb. Tədqiqat ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir. Sorğunun orta xətası 2,5-% olduğu xüsusi olaraq vurğulanıb.
ŞƏRH YAZ
2