Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı artdı - 1 ölü
21.09.2020 10:54
357
Sağlamlıq
A
Gürcüstanda son sutkada koronavirusa yoluxanların sayı artdı - 1 ölü
Gürcüstanda son sutkada koronavirusa 193 yeni yoluxma faktı təsdiqlənib, 40 pasiyent sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 3 695-ə, sağalanların sayı isə 1 534-ə çatıb. Gürcüstanda bu günə qədər koronavirus xəstəliyindən 20 nəfər vəfat edib. Hazırda ölkə üzrə 4 988 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır.
ŞƏRH YAZ
3