Baş nazir ölkənin müsəlman icması üçün iftar süfrəsi açıb - FOTO
30.04.2022 13:55
490
Din
A
Baş nazir ölkənin müsəlman icması üçün iftar süfrəsi açıb - FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman icması üçün iftar süfəri açıb.

Aktual.ge xəbər verir ki, iftar mərasiminə GMİ-nin müftisi Etibar Eminov və şeyxi Hacı Ramin İgidov, parlamentin azərbaycanlı üzvləri, Marneuli, Qardabani, Bolnisi və Dmanisi bələdiyyə məclisinin deputatları hökümət və diplomatik korpus nümayəndələri, Azərbaycan, Türkiyə, İran İslam Cümhuriyyəti, Qətər, Birləşmiş Ərəb Əmirlikləri səfirləri din və ictimaiyyət xadimləri iştirak edib.

İftar axşamında çıxış edən hökumət başçısı müsəlmanları qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik edib.

“Əziz dostlar, sizi ürəkdən salamlayıram və müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. İftar süfrəmizə gəldiyiniz üçün sizlərə təşəkkür edirəm. Biz hamımız çoxəsrlik qardaşlığımızla, dostluğumuzla fəxr edirik və təbii ki, bu sərvəti övladlarımıza, gələcək nəsillərə ötürəcəyik. Bir-birimizin adət-ənənələrinə, inanclarına hörmət bizim həyat tərzimizdir və təbii ki, bugünkü görüşümüz də buna sübutdur. Gürcüstan dövlətinin müsəlman cəmiyyətinə göstərdiyi diqqət və qayğı ənənəvi olaraq davam edəcəkdir. Hökumət müsəlman vətəndaşların ölkənin inkişafı istiqamətində birgə zəhmət və çalışmalarını yüksək qiymətləndirir. Biz mövcud olan qardaşlığın və dostluğun möhkəmləndirilməsi üçün əlimizdən gələni etməyə davam edəcəyik",-deyən İ.Qaribaşvili müsəlmanları bir daha qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik edib.

 

ŞƏRH YAZ
2