SON DƏQİQƏ! Hacı Hacıyev Ramazan bayramının tarixini AÇIQLADI
01.05.2022 21:56
2993
Din
A
SON DƏQİQƏ! Hacı Hacıyev Ramazan bayramının tarixini AÇIQLADI

"Sabah, 2 may Ramazan ayının 30-cu günüdür. 3 may isə Ramazan bayramıdır".

Bu barədə Aktual.ge xəbər portalına Hz.İmam Əli (ə.s) məscidinin axundu, imam cümələrdən biri Hacı Hacıyev məlumat verib.

Din xadimi bildirib ki, Ramazan bayramı 3 may tarixində qeyd olunacaq.

"Hörmətli, müsəlmanlar bu gecə Ramazan ayının 29-dan 30-na keçən gecə, İstihlal Mərkəzi Şəvval (May) ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-si müqəddəs Ramazan ayının 30-cu günüdür. May ayının 3-ü isə mübarək Ramazan bayramıdır",-deyə H.Hacıyev qeyd edib.

ŞƏRH YAZ
7