Gürcüstandan Azərbaycana MİLYONLARLA dollar dəyərində avtomobil ixrac olunub
21.09.2020 13:57
221
İqtisadiyyat
A
Gürcüstandan Azərbaycana MİLYONLARLA dollar dəyərində avtomobil ixrac olunub
Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 156 155,9 min dollar dəyərində avtomobil ixrac edib. Aktual.ge xəbər verir ki, bu barədə APA-ya Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Qeyd olunub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8 587,4 min dollar və ya 5,5% çoxdur. Belə ki, 2019-cu ilin yanvar-avqust ayları ərzində isə Gürcüstan Azərbaycana 147 568,5 min dollar dəyərində avtomobil ixrac edib. Bu ilin ilk 8 ayında Gürcüstanın avtomobil ixracının 60,04%-i Azərbaycanın payına düşüb. Qeyd edək ki, Gürcüstan bu il 260 073,5 min dollar dəyərində avtomobil ixrac edib. Bu, illik ifadədə 37,2% azdır. Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 12,6%-nə bərabər olub.
ŞƏRH YAZ
0