Kateqoriyalar
Rusiya, Kiyevin Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi ilə əlaqədar mövqeyini dəyişib.
Aktual.ge xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski deyib.
O qeyd edib ki, Rusiya Ukraynanın bu təşkilata üzv olmasına qarşıdır.
“İndi bizim bu məsələ ilə bağlı mövqeyimiz Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyimizlə oxşardır”, – deyə Polyanski bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın hərbi ittifaqlara qoşulmamasını tələb edir. Rəsmi Moskva bir neçə dəfə Kiyevin Avropa İttifaqına qoşulmasına mənfi yanaşmadığını ifadə edib.