Assosiyasiya rəhbəri açıq danışdı: Gürcüstanın 10 günlük buğda ehtiyatı var...
13.05.2022 15:09
228
İqtisadiyyat
A
Assosiyasiya rəhbəri açıq danışdı: Gürcüstanın 10 günlük buğda ehtiyatı var...

"Ölkədə cəmi 10 günlük buğda ehtiyatı qalıb”.

Aktual.ge xəbər verir ki, bunu Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava bildirib.

Onun sözlərinə görə, son aylar ölkəyə minimal miqdarda buğda idxal olunur və nəticədə dəyirmanlar dayandırılıb.

O, həmçinin bildirib ki, buğda idxalından un idxalına keçid idxal vergisindəki fərqlə əlaqədardır.

"Təəssüf ki, buğda ehtiyatları minimaldır. Təxminən 10 günlük buğda ehtiyatı qalıb və yaxın bir neçə gündə işləyən üç dəyirman fəaliyyətini dayandıracaq", - deyə L.Silaqava qeyd edib.

 

ŞƏRH YAZ
6