Qardabanidə “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri keçirilib - FOTO
13.05.2022 15:53
290
Mədəniyyət
A
Qardabanidə “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri keçirilib - FOTO

Gürcüstan Yaşılay Cəmiyyətinin “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri Qardabani Gənclər Mərkəzində keçirilib.

Aktual.ge.ge xəbər verir ki, tədbirdə Qardabani Gənclər Mərkəzinin İcraçı Direktoru Hacı Bəkiroğlu, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov, ”Beez” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, ”Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu, Gürcüstan Yaşılay Cəmiyyətinin layihə koordinatoru Həcər Mustafayeva, Nəzərli ictimai məktəbinin müəllimi Elmar Eminov, müsabiqə iştirakçıları, Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurs tələbələri və valideynlər iştirak edib.

Gürcüstan Yaşılay Cəmiyyətinin müdiri İsə Xəmmədov qonaqları salamladıqdan sonra söz cəmiyyətin sədri cənab Zviad Koçalidzeyə verib.

Z.Koçalidze çıxışı zamanı, cəmiyyətin fəaliyyətləri haqqında ətraflı məlumat verdikdən sonra İ.Xəmmədov “Zərərli vərdişlər və onların önlənməsi” mövzusunda təqdimat keçirib. 

Belə ki, müsabiqədə 1-ci yerə Bolnisidən Turanə Süleymanova, 2-ci yerə Marneulidən Hənifə Nəsibova və 3-cü yerə Qardabanidən Sina Həsənova layiq görülüb. Tədbir sonunda karikaturalardan ibarət video nümayiş olundu və ilk 3 yerin qaliblərinə təşəkkürnamə və hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.

ŞƏRH YAZ
0