Marneulidə
13.05.2022 20:48
361
Siyasət
A
Marneulidə "Milli Hərəkat"ın deputatı fraksiyadan istefa verdi

Müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatı Mehdi Əsgərov fraksiya üzvlüyündən istefa verib.

Bu barə Aktual.ge xəbər portalına məlum olub.

Bununla bağlı Mehdi Əsgərovun özü də xəbər portalımıza məlumatı təsdiqləyib.

Fraksiyadan ayrılmasına səbəb olaraq o, daxili problemlərin olduğunu vurğulayıb.

"Mən əslində bir ay əvvəl fraksiya üzvlüyündən ayrılmışam. Amma mənim istefam ilə fraksiya dağılmır. Fraksiyadan ayrılmağıma gəlincə, qeyd edim ki, mən yenə də 'Milli Hərəkat'da qalacam, fəqət Marneulidə partiya daxili problemlərə görə ayrıldım",-deyə M.Əsgərov bildirib.

Məlumat üçün bildirək ki, Marneuli Bələdiyyə Məclisində "Vahid Milli Hərəkat" partiyasının 6 deputatı mövcuddur. Hazırda isə sözügedən partiyanın Marneuli Bələdiyyə Məclisindəki fraksiyasında 4 deputatı təmsil olunur. 

ŞƏRH YAZ
7