Volodimir Zelenski işğaldan azad olunan məntəqələrin sayını AÇIQLADI
14.05.2022 01:04
154
Dünya
A
Volodimir Zelenski işğaldan azad olunan məntəqələrin sayını AÇIQLADI

“Biz Ukraynanın işğaldan azad olunmuş ərazilərini bərpa etməyə davam edirik. Bu günə olan məlumata görə, 1 015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib”.

Aktual.ge xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.

O, qeyd edib ki, bu, ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur: “İşığı, suyu, rabitəni, nəqliyyatı, sosial xidmətləri ora qaytaracağıq”.

“Təbii, biz hələ də işğal altında olan hər bir şəhəri, hər bir icmanı xatırlayırıq. Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri...

Xarkov vilayətinin tədricən azad olunması sübut edir ki, biz heç yaşayış məntəqəsini düşmənə verməyəcəyik”, - Prezident vurğulayıb.
 

ŞƏRH YAZ
0