Baş verən güclü zəlzələ evin bir hissəsini uçurdu - İDDİA (FOTO)
15.05.2022 01:47
921
Hadisə
A
Baş verən güclü zəlzələ evin bir hissəsini uçurdu - İDDİA (FOTO)

Qori şəhərinin Evdoşvili küçəsində evin bir hissəsi uçub.

Aktual.ge xəbər verir ki, bunu hadisə şahidlərinin bir hissəsi axşam saatlarında baş verən güclü zəlzələ ilə əlaqələndirir, digər bir hissəsi isə evin divarında aparılan tikinti işləri ilə əlaqələndirib.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə xilasedicilər səfərbər olunub.

Xatırladaq ki, 14 may, axşam saat 21:14 radələrində Dmanisinin Sameba kəndi yaxınlığında 4,5 maqnitudalı zəlzələ baş verib.

ŞƏRH YAZ
5