Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü xarici ölkə vətəndaşı M.M.-ni Tbilisi beynəlxalq hava limanında saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, o, qanunsuz olaraq külli miqdarda marixuananı almaq-saxlamaq-daşımaqda və xüsusilə külli miqdarda narkotik vasitəni qanunsuz yolla Gürcüstana daxil etməkdə ittiham olunur.
Cinayətlər 20 ilə qədər həbs və ya ömürlük həbslə cəzalandırılır.
“Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin baqajının yoxlanılması nəticəsində 11 kilo 700 qram marixuana aşkarlamışlar və maddi sübut olaraq götürüblər. İstintaqla müəyyən edilib ki, M.M. sözügedən narkotik vasitəni Cənubi Afrikadan Gürcüstana gətirib.
Gürcüstan Cinayət Məcəlləsinin 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi və 273-cü maddəsinin 6-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır ki, bu da Gürcüstana külli miqdarda narkotik vasitələrin qanunsuz idxalı, habelə xüsusilə böyük miqdarda marixuananın qanunsuz alınması, saxlanması və daşınması deməkdir”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirlib.