Müxalif lider Prezidentə səsləndi: Dərhal Qvaramianı əfv et!
16.05.2022 12:28
483
Siyasət
A
Müxalif lider Prezidentə səsləndi: Dərhal Qvaramianı əfv et!

“Salome Zurabişvili dərhal Nika Qvaramiyanı əfv etməlidir, nə qədər ki, bu proses ölkənin Avro-Atlantik istəklərinə ifrat ziyan vurmayacaq”.

Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Roman Qotsiridze Tbilisi Şəhər Məhkəməsinin "Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramianın müvafiq həbsi ilə bağlı hökümün şərh edərkən söyləyib. 

Onun sözlərinə görə, “Bidzina İvanişvilidən hər şey gözlənilirdi”.

“Onun [İvanişvilinin] rus oliqarxları ilə sıx əlaqələri var, onun bütün əmlakı Rusiyada alınıb. O, faktiki olaraq Rusiya rejiminə xidmət edir və öz əməlləri ilə ölkədəki demokratiyaya zərbə vurur. Bu, Mtavari TV-nin bağlanması üçün atılan birbaşa, məqsədyönlü addım idi. Sonra başqaları da olacaq, çünki bu hakimiyyətin cinayət və maliyyə cinayətlərini ancaq azad media üzə çıxarır.

Hərdən xaricdə poza verməyi, dava etməyi sevən Salome Zurabişvili bu prosesin ölkəyə ziyan vurmazdan əvvəl heç olmasa bir dəfə layiqli addım atsın və Nika Qvaramiyanı əfv etsin”, - R.Qotsiridze qeyd edib.

Qeyd edək ki, N.Qvaramiya “Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.

ŞƏRH YAZ
0