KİV:
16.05.2022 12:39
536
Siyasət
A
KİV: "Salome Zurabişvili Nika Qvaramiyanı əfv etməyə hazırlaşır"

Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən "Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramiyanı əfv etmək niyyətindədir.

Aktual.ge xəbər verir ki, bu barədə ongo.ge məlumat yayıb.

“Əldə etdiyimiz eksklüziv məlumata görə, prezident Salome Zurabişvili Nika Qvaramiyanı əfv etmək niyyətindədir. Məlumata görə, Zurabişvili 'Milli Hərəkat'ın liderləri ilə əvvəlcədən razılaşıb və onlara söz verib ki, həbs olunacağı təqdirdə Qvaramiyanı əfv edəcək. Zurabişvili yəqin ki, yaxın günlərdə artıq qəbul etdiyi qərarı həyata keçirəcək",-sözügedən medianın yaydığı məlumatda deyilir.

Qeyd edək ki, N.Qvaramiya “Rustavi 2” telekanalının keçmiş baş direktorudur. O, bu teleşirkətə məxsus külli miqdarda pul vəsaitləri və əmlakın qanunsuz mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Jurnalist 2019-cu ilin iyulunda telekanalın sahibi dəyişəndən sonra baş direktor vəzifəsindən istefa verib, avqustunda “Mtavari arxi” telekanalını təsis edib.

ŞƏRH YAZ
0