
Gürcüstan Prokurorluğu Adıgeni Bələdiyyəsinin Dertseli kəndindəki ictimai məktəbinin keçmiş mühasibini külli miqdarda pulu mənimsədiyinə və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, 2019-2021-ci illərdə Dartseli kəndindəki dövlət məktəbinin keçmiş mühasibi vəzifə səlahiyyətlərindən istifadə edərək məktəbin bank hesabından şəxsi hesabına külli miqdarda - 142 min 629,7 lari köçürüb və həmin pulu isə qumar və müxtəlif ticarət və əyləncə obyektlərində istifadə edib.
Qeyd olunub ki, faktla bağlı istintaq davam edir və sözügedən şəxsi 7 ildən 11 ilədək həbs cəzası gözləyir.
“Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək”, - deyə məlumatda bildirilir.