Kateqoriyalar
Mayın 21-dən etibarən Gürcüstanda hava şəraiti aydınlaşacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Bildirilib ki, 21 maydan etibarən ölkədə küləkli hava səngiyəcə və havanın temperaturu nisbətən istiləşəcək.
Məlumatda qeyd olunub ki, mayın 22-də yağıntısız isti hava şəraitinin olacağı gözlənilir. Aran və düzənliklərdə havanın temperaturu +24, +29 dərəcəyədək yüksələcək. Mayın 23-də günün ikinci yarısından başlayaraq yenidən qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, arabir qərb istiqamətində güclü küləyin əsəcəyi gözlənilir.