TİKA-dan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə təlim dəstəyi
22.09.2020 12:09
234
İqtisadiyyat
A
TİKA-dan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə təlim dəstəyi
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi ilə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı əsasında gürcüstanlı mütəxəssislərin iştirakı ilə təşkil edilən "Onlayn Bitki Xəstəliklərinin (Fitopatoloji) Diaqnostikası və Diaqnostik Təhsil" adlı təlim və təhsil proqramı başa çatıb. Aktual.ge xəbər verir ki, Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin institusional (təşkilat) potensialının artırılması məqsədilə 2019-cu ildə başlayan “Kənd Təsərrüfatı Mütəxəssislərinin Hazırlanması üzrə Əməkdaşlıq” proqramı, bu il Covid-19 pandemiyası səbəbindən onlayn şəkildə keçirilib. TİKA-nın dəstəyi ilə keçirilən təhsil proqramı çərçivəsində Türkiyə Kənd Təsərrüfatı Nazirliyi və Meşə Təsərrüfatı Mərkəzi Bitki Mühafizəsi İnstitutunun mütəxəssisləri Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinə bitki xəstəlikləri mövzusunda təlim keçiblər. Təlim zamanı mütəxəssislərə bitki və bitki mənşəli məhsullara ziyan verən bakteriya, virus, bitki xəstəliklərini müəyyənləşdirmək, zərər səviyyələrini təyin etmək və onlarla mübarizə mövzusunda müxtəlif təqdimatlar keçirilib.
ŞƏRH YAZ
0